24 Yanvar 16:53
1 505

Sumqayıtda H.Əliyev adına parkda yerləşən Əli Kərim adına Poeziya evində istedadlı şair Xaqani Ayxanın "Ağaclar payızda çiçəkləyəndə" şeirlər kitabının təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə Poeziya evinin direktoru şair İbrahim İlyaslı açıb, yeni kitabın məziyyətlərindən danışıb.

Təqdimat mərasimində Zirəddin Qafarlı, kitabına ön söz müəllifi filologiya elmlər doktoru Vaqif Yusifli, şairlərdən Rafiq Yusifoğlu, Əlisəmid Kür, Süleyman Sərraf, Rafiq Oday, Asif Asiman, Ənvər Məsud, Hakan Abbasəli Öztürk, Eldar Xanlaroğlu, şairə Qaratel Azəri və başqa ştirakçılar ürək sözlərini söyləyib və şairə yeni-yeni yaradıcılıq uğurları arzulaylblar.


Müəllif: Teleqraf.com