Müharibə işğalçı Ermənistana təkcə minlərlə canlı qüvvə, yüzlərlə hərbi texnikanın itirilməsi ilə nəticələnmir, həm də ölkədə iqtisadi kollaps vəziyyəti yaranıb. Sentyabrın 27-dən sonra ölkədə ciddi bahalaşma müşahidə olunur, xüsusilə gündəlik təlabat məhsullarında qiymət artımı sürətlə artır.
Çələng, əsgər geyimləri, yağ, şəhər və s.
Sosial şəbəkələrdə erməni istifadəçilər bu mal və məhsulların qiymətinin hər gün artdığını yazır.
Hərbi formanın qiyməti 18000 dramdan 25000 drama yüksəlib. Bəzi mağazalarda hərbi geyim 80 faiz bahalaşıb.
Bu fakt həm də erməni ordusunda canlı qüvvənin tükəndiyini təsdiqləyir. Hərbi geyimi alanlar əsasən müharibəyə könüllü getmək istəyənlərdir. Təlabat artdığı üçün mağazalar hərbi geyimin qiymətini 80 faiz bahalaşdırıb.
Çələng və güllərin qiymətinin sürətlə artması isə Ermənistan ordusunda itkilərin həddindən artıq çox olduğunu təsdiqləyir. Rəsmi açıqlamada sentyabrın 27-dən indiyə qədər erməni ordusunun 1000-ə yaxın itki verdiyi deyilsə də, real rəqəmlərin 5000, yaxud daha çox olduğu haqda məlumatlar var.
“Armdaily” yazır ki, çələngin qiyməti 50 min dram olub.
“Vətəndaşlar hesab edir ki, erməni tərəfi döyüş meydanında çoxsaylı qurban verəndən sonra çiçəklərin qiyməti sürətlə bahalaşdı”, - sayt yazır.
Əvvəllər çələngin qiyməti 20-30 min dram arasında dəyişirdi. Çiçək satıcıları deyirlər ki, qiymət topdansatış məntəqələrində qalxıb.
Bir qızılgülün qiyməti 1000 dram idisə, indi 50-100 faiz qalxıb və artım hər gün davam edir. Bir qərənfilin qiyməti 10 dramdan 70 drama qədər yüksəlib. İrəvanda bir zambağı isə orta hesabla 1500 drama almaq mümkündür.
Ermənilər bunun səbəbini soruşanda satıcılar topdansatış məntəqələrində bahalaşmanın olduğunu bildirirlər. Topdansatış məntəqələri isə əsasən hakimiyyət nümayəndələrinə yaxın sahibkarların əlindədir. Hətta Paşinyana qarşı müharibdən pul qazanmaq ittihamları da irəli sürülür.
Hərbi geyim və çələnglə yanaşı, ərzaq məhsullarında da yüksək bahalaşma var.
“İrates” yazır ki, artıq 10 gündür mağazalarda yağ və şəkərin qiyməti kəskin artıb.
“10 gün əvvəl 1 litr yağ 600 dram idisə, indi 75-800 drama satılır. 1 kiloqram şəkər 250-280 dram idisə, bu gün 410 dramdır. Qarabaşaq və un bazarında da inflyasiya müşahidə olunur. Dünya bazarında neftin qiyməti sentyabr ayına nisbətən 6 faiz artdı, bunun Ermənistanda da artması məntiqlidir, lakin həmin dövrdə dünya bazarında şəkərin qiyməti 0,9 faiz azaldı. Erməni vətəndaşlar bunu bilavasitə davam edən müharibə ilə əlaqələndirirlər” - qəzet yazır.
Ermənistan mediası yazır ki, orduya yardım etməyə məcbur edilən sahibkarlar pullarını qiyməti bahalaşdırmaqla geri qazanırlar. Adının çəkilmədiyi məşhur supermarketlərdən birinin sahibi orduya 50 milyon dram yardım edib, ardınca şəkər, yağ və digər ərzaqların qiymətini iki-üç dəfə artırıb.
Ermənistandakı könüllü qruplar müharibənin ilk günündən başlayaraq, əsgərlər üçün paltar, qida, dərman və digər əşyalar toplayırlar. Təlabatın artması və qiymətlərin bahalaşmasının səbəblərindən biri də budur.
Faktlar təsdiqləyir ki, Ermənistanda siyasətlə yanaşı, iqtisadi xaos da yaşanır. Cəbhədəki məğlubiyyət fonunda hakimiyyət ölkəyə nəzarəti itirib. Sosial şəbəkələrdə erməni istifadəçilər bahalaşmanın qarşısını almağa çağırış etsələr də, indiyə qədər heç bir tədbir görülməyib. Artıq hakimiyyətə qarşı sosial-iqtisadi etirazlar başlayır.