13 Noyabr 2020 16:56
12 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

13:39

“Şəxsən Ermənistanın Baş naziri Nikol Paşinyana hərbi əməliyyatların dayandırılması üçün səy göstərmələri xahişi ilə müraciət etdim”.

Teleqraf.com xəbər verir ki, bunu Dağlıq Qarabağdakı keçmiş separatçı rejimin "başçısı" Arayik Arutyunyan deyib.

“Biz mövcud hərbi-siyasi vəziyyəti və üçtərəfli müqavilənin müddəalarını müzakirə etdik. Şəxsən Ermənistanın baş nazirinə hərbi əməliyyatların dayandırılması üçün səy göstərmələri xahişi ilə müraciət etdim. Qərar hərbi vəziyyət nəzərə alınaraq verildi, silahlı qüvvələrin rəhbərliyi də buna ehtiyacın olduğunu bildirdi, israrla bunu istədi”, - Arutyunyan qeyd edib.

Onun sözlərinə görə, müharibənin davam etməsi minlərlə hərbçinin mühasirəyə alınması, minlərlə itki demək idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər