“Şuşanın satıldığını deyirlər. Şuşanı kim satdı? Əgər satılıbsa, son 30 ildə satıldı, çünki Şuşa çox bədbəxt, boz bir şəhər idi”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Şuşaya ehtiyacımız vardı? Əgər olsaydı, onda niyə belə bir vəziyyətdə idi? Bəs digər ərazilərə ehtiyacımız var idi? Əgər olsaydı, onda niyə ... İndi isə mənə deyirlər ki, Qarabağ “prezidentinin” (Arayik Arutyunyan) andiçmə mərasimi niyə Şuşada keçirildi?
Təsəvvür edin, 30 il ərzində bütün erməni elitası inanırdı ki, Şuşa Dağlıq Qarabağ şəhəridir və Qarabağ “prezidentinin” orada tədbir keçirmək hüququ yoxdur”, - Paşinyan qeyd edib.