Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilər İrəvanda parlamentin qarşısında etiraz aksiyası keçirirlər.
Teleqraf.com xəbər verir ki, parlamentin binası polis tərəfindən mühasirəyə alınıb, etirazçıların Milli Məclisə daxil olmasına icazə verilmir.
Artıq bir neçə həftədir İrəvanda müxalifətin mitinqləri keçirilir, etirazçılar Paşinyanın Qarabağda atəşkəsə dair müqavilə imzalaması səbəbindən istefasını tələb edirlər.
Hökumətin istefasını tələb edən müxalif qüvvələr keçmiş müdafiə naziri Vazgen Manukyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.