18 Yanvar 2021 20:49
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş səhiyyə naziri Arsen Torosyan hökumət aparatının rəhbəri təyin olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

O, bu vəzifədə Eduard Ağacanyanı əvəzləyib. Ağacanyan 2018-ci il mayın 10-dan bu vəzifədə işləyib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyanla fikir ayrılığına görə bu vəzifədən istefa verib. Arsen Torosyan isə 2008-ci il mayın 12-dən səhiyyə naziri işləyib.


Müəllif: Teleqraf.com