24 Mart 2021 12:17
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 29-dan aprelin 2-dək Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanın vəzifəsini onun müavini Vaçe Terteryan icra edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistan mediası qeyd edir ki, hakim partiyanın “Vətəndaş müqaviləsi” adlanacaq seçki qərargahına məhz Papikyan rəhbərlik edəcək.

Bu səbəbdən Baş nazir Nikol Paşinyanın Suren Papikyanı qısamüddətli məzuniyyətə göndərdiyi bildirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər