2 Aprel 2021 00:26
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsini nəzərdə tutan dəyişiklik qəbul edilib.

Teleqraf.com xəbər verir ki, Ermənistan parlamentinin 82 deputatı Seçki Məcəlləsinə müvafiq dəyişikliyin lehinə səs verib.

Bundan əvvəl Ermənistanda qarışıq seçki sistemi mövcud olub.

Partiyalar üçün 5 faiz, seçki blokları üçü 7 faiz seçki baryeri isə dəyişməyib.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər