Ermənistanın paytaxtı İrəvan şəhərinin meri Ayk Marutyan Xankəndidədir.
Teleqraf.com xəbər verir ki, o, Xankəndində bölgədəki separatçıların başçısı Araik Arutyunyanla görüşüb.
İrəvan merinin Xankəndinə gəlməsi ilə bağlı məlumatlar aprelin 13-də yayılmışdı. Onun “xüsusi səfər” proqramı ilə Qarabağa gəldiyi bildirilmişdi.