30 Aprel 2021 10:58
60 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Respublika Partiyası 20 iyunda keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

Teleqraf.com xatırladır ki, Respublika Partiyasına Ermənistanın sabiq prezidenti Serj Sərkisyan liderlik edir.

Partiya sədrinin müavini Armen Aşotyan deyib ki, onar Vətən Partiyası ilə birlikdə seçkilərdə iştirak edəcək.

Qeyd edək ki, Vətən Partiyasına Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan rəhbərlik edir.

Bu o deməkdir ki, Serj Sərkisyan bu seçkilərdə digər sabiq prezident Robert Köçəryanla bir blokda təmsil olunmayacaq. Bu isə Paşinyanın şanslarının artırılmasına xidmət edən amildir. Beləcə də bu seçkilərə “Qarabağ klan”ı həm də parçalanmış formada gedəcək.


Müəllif: Cavad