7 May 2021 11:35
94 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Ombudsman Aparatının rəhbəri Arman Tatoyan istefa verə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr Tatoyanın çoxdan bəri istefasını düşündüyünü yazıb.

İddiaya görə, ona böyük siyasətlə məşğul olmaq üçün bir sıra təkliflər gəlib.

Qəzet ombudsmanla Baş nazir Nikol Paşinyan və hakim komandanın digər üzvləri arasında kəskin fikir ayrılıqlarının olduğunu bildirib.

“Hraparak” dünən parlamentdə Tatoyanın hakim “Mənim addımım” blokunun deputatları tərəfindən sərt tənqid olunduğunu bildirib. Tatoyanın daimi tənqidçisi, deputat Mariya Karapetyan isə çıxışında ombudsmanı təhqir edib. Tatoyan buna cavab olaraq, hakim komandanın üzvlərini manipulyasiya və yalanlar yaymaqla məşğul olduğunu bildirib.

Parlament sədri Ararat Mirzoyan da, Tatoyandan rəsmi şəxsləri niyə tez-tez tənqid etməsinin səbəbini soruşub.

Qeyd edək ki, “Hraparak” qəzeti bundan əvvəl Paşinyanın komandasının üzvlərinə Azərbaycan və Türkiyəyə qarşı sərt tənqidləri dayandırmaq təlimatı verdiyini yazmışdı. Bu baxımdan, Arman Tatoyan hər iki ölkəyə qarşı sərt tənqidləri ilə seçilirdi. Bir sıra müstəqil erməni ekspertləri ombudsmanın Qarabağla bağlı anlaşmalara zərər verdiyini, Azərbaycanla münasibətlərin yumşaldılmasına maneə olduğunu da dilə gətirmişdilər.


Müəllif: Mənsur Rəğbətoğlu