15 İyun 2021 18:09
1 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

“44 günlük müharibə zamanı Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması heç nəyi dəyişdirməyəcəkdi”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

“Bunun bir şeyi dəyişdirəcəyini düşünmürəm. Müharibə yaratmamaq üçün Dağlıq Qarabağın müstəqilliyini tanımadıq. Bəs Ermənistan hökuməti nə etdi? Müharibənin nəticələrini Azərbaycan üçün rəsmiləşdirdi”, - Köçəryan qeyd edib.

Eks-prezident Baş nazir Nikol Paşinyanın vaxtilə Şuşa ilə bağlı atdığı addımların, o cümlədən, separatçıların başçısı Araik Arutyunyanın “andiçmə mərasimi”nin burada keçirilməsinin yanlış olduğunu bildirib:

“Andiçmə mərasimini Şuşada keçirməyə ehtiyac yox idi. Çünki Şuşanın çox həssas bir məsələ olduğunu bilirdilər. Aşkar edilməməsi lazım olan şeylər var, çünki bunu edəndə danışıqlar yolu ilə nəyəsə nail olmaq üçün heç bir ümid buraxmırsınız”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər