21 İyun 2021 12:58
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan mediası səsvermə nəticəsində siyasi blokların aldığı səs sayına uyğun neçə mandat qazandığına dair dəqiq araşdırma aparıb.

Teleqraf.com xəbər verir ki, “Armlur” nəşri yeni çağırış Ermənistan parlamentinin 105 deputatı olacağını bildirib.

Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” blokuna parlamentdə 72 mandatla təmsil olunacaq.

Keçmiş prezident Robert Köçəryanın “Hayastan" (“Ermənistan”) bloku 27 yer qazanıb.

“Şərəfim var” bloku qazandığı səs sayına uyğun olaraq 6 mandat əldə edib.

Qeyd edək ki, baş nazir səlahiyyətlərinin icraçı Nikol Paşinyan artıq yeni çağırış parlamentdə partiyasının ən azı 71 mandata sahib olacağını söyləyib.

“MSK tərəfindən açıqlanan ilkin nəticələrə görə, “Mülki Müqavilə” partiyası yeni seçilmiş parlamentdə konstitusion çoxluğa (105 deputatdan ən azı 71-nə) sahib olacaq və mənim rəhbərliyim altında hökumət quracaq”, - deyə Paşinyan “Twitter”də yazıb.

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkidə 25 siyasi qüvvə – 21 partiya və 4 blok iştirak edib. Səsvermə hüququ olan 2 milyon 578 min vətəndaşdan 1 milyon 281 min 174 nəfəri və ya 49,4 faizi səsvermədə iştirak edib.

Ümumi seçici fəallığı 49,4 faiz təşkil edib.


Müəllif: Səxavət