Armen Qriqoryan Ermənistan xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edilərək respublikanın Təhlükəsizlik Şurasının katibi təyin olunub.
Teleqraf.com xəbər verir ki, müvafiq fərmanı Ermənistan Baş naziri Nikol Paşinyan imzalayıb.
Qeyd edək ki, xarici işlər nazirinin müavini təyin edilməzdən əvvəl də Qriqoryan Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutmuşdu.
Qriqoryan iyulun 14-də xarici işlər nazirinin birinci müavini təyin edilib. Keçmiş postuna qaytarılanadək Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini həyata keçirib.