28 Sentyabr 2021 14:09
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə İrəvanda baş verən cinayət hadisəsinin təfərrüatları məlum olub.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, gecə saat 01:30-da paytaxtın Qələbə Parkı yaxınlığında naməlum şəxs avtomatdan “Range Rover” markalı avtomobili və maşının yanında dayanan üç nəfəri atəşə tutub, sonra isə hadisə yerindən uzaqlaşıb.

Hadisə zamanı bir nəfər ayağından yaralanıb.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 34-104-cü maddənin 1-ci hissəsinin 1 və 6-cı bəndləri (adam öldürməyə cəhd) və 235-ci maddənin 1-ci hissəsi (qanunsuz silah saxlamaq) ilə cinayət işi başlanıb.

Hadisə yerində avtobus dayanacağında və parkın ətrafında 15 ədəd giliz izləri aşkar edilib.

Ehtimal olunur ki, bu, hansısa kriminal qruplar arasında qanlı qarşıdurma olub.


Müəllif: Nemət