14 Mart 2022 14:04
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata dəstək aksiyası keçirilir.

Teleqraf.com xəbər verir ki, aksiya Rusiyanın İrəvandakı səfirliyinin binası yaxınlığında düzənlənib.

Aksiya iştirakçıları Ermənistan və Rusiya bayraqları ilə diplomatik nümayəndəliyin binasına gəliblər.

“Mən Rusiya Federasiyasının bütün hərəkətlərini dəstəkləyirəm... Mən bunu müharibə adlandırmıram, çünki bu, Ukrayna xalqının neofaşizmdən, post-sovet ölkələrini məhv edən qüvvələrdən azad edilməsidir” – Ermənistan parlamentin keçmiş üzvü Araqats Axoyan bildirib.

Eks-deputat qeyd edib ki, Ermənistan müstəqil şəkildə regional çağırışlara tab gətirə, təhlükəsizliyini təmin edə bilməz və bu məsələdə Rusiya ən etibarlı və ciddi strateji müttəfiqdir.

Hərbi ekspert, Ermənistan müdafiə nazirinin keçmiş müşaviri David Camalyan hesab edir ki, yaxın həftələrdə, ən geci bir-iki ay ərzində Ukraynada xüsusi hərbi əməliyyatın aktiv mərhələsi Rusiya üçün uğurla başa çatacaq. O qeyd edib ki, rus qoşunlarının ləng, lakin davamlı irəliləyişi mülki əhali və öz hərbçiləri arasında itki verməmək istəyi ilə bağlıdır.


Müəllif: Səxavət

Oxşar xəbərlər