11 May 2022 13:01
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyəti nəinki müxalifətə verilməlidir, hətta o siyasi meydandan tamamilə silinməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Ani Samsonyan deyib.

Deputat erməni müxalifətinin tələbələri qəpik-quruşa “Qarabağ naminə” etiraz aksiyalarına cəlb etdiyini bildirib:

“İndiki müxalifət illərlə iqtidarda olan hakimiyyəti əlində saxlamaq üçün pul paylayıb. Keçən il də müxalifət olmaq üçün pul paylayıb, indi də pul paylayır ki, gənclər onun üçün küçələri bağlasın. Yəni qabaqlarına bir-iki qəpik atıb nəsilləri korlamaq az idi, indi də tələbələrə qəpik-quruş verib, küçələrə çıxarıb adını da “Qarabağın xilası” qoyur.

Bu müxalifətə nəinki hakimiyyət verilməlidir, əksinə antimilli, vətəndaşlığı olmayan qrup kimi siyasi meydandan silinməlidir. Başqa çıxış yolu yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər