31 May 2022 23:56
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti iclası yaxın günlərdə Moskvada, növbəti iclası isə Brüsseldə baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bunu müdafiə nazirinin müavini Arman Sarkisyan jurnalistlərə açıqlamasında deyib.

"Sərhəddəki gərginliyin fonunda komissiya işinin davam etdirəcəkmi" sualına nazir müavini belə cavab verib: “Təbii ki, komissiyanın işi davam etməlidir, çünki danışıqlar hər baxımdan ən yaxşı həll yoludur. Başqa sözlə, ən pis danışıqlar belə, hərbi əməliyyatlardan daha yaxşıdır”.

Nazir müavini demarkasiyanın hansı xəritələrlə aparılacağı ilə bağlı sualı cavablandırmayıb. “Bunlar müzakirə edilməli olan prosedur məsələlərdir. Müzakirə baş tutub, orada təşkilati və planlaşdırma məsələləri müzakirə olunub”.

Qeyd edək ki, Arman Sarkisyan 2021-ci ilin yanvarında Ermənistan Müdafiə nazirinin yeni müavini təyin edilib. O, daha öncə Ermənistanın daxili işlər naziri vəzifəsində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər