Ermənistan Baş naziri Nikol Paşinyanla gürcü həmkarı İrakli Qaribaşvili arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin ofisi məlumat yayıb.
Telefon danışığında Ermənistan-Azərbaycan sərhədindəki hərbi toqquşma müzakirə olunub.
Paşinyan gün ərzində zəng etdiyi digər dövlətlərin liderləri kimi Gürcüstan baş nazirinə də Azərbaycandan şikayət edib.
İrakli Qaribaşvili isə regionda sülh və sabitliyin qorunub saxlanmasının vacibliyini vurğulayaraq, Gürcüstanın buna töhfə vermək üçün bütün səylərini əsirgəməyəcəyini bildirib.
Ermənistan baş naziri gün ərzində Gürcüstan baş naziri ilə yanaşı, Rusiya, Fransa və İran prezidentləri, ABŞ dövlət katibi və Avropa Şurasının rəhbərinə zəng edib.
Ermənistan dövlət sərhədinin bir neçə istiqamətində Azərbaycana qarşı təxribat törədib. Təxribata ordumuz tərəfindən adekvat cavab verilib.