“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Dağlıq Qarabağ münaqişəsindən ayrılmalıdır. Bizim yanaşmamız belədir ki, sülh müqaviləsində Dağlıq Qarabağa istinad ola bilməz. Biz hesab edirik ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır".
Teleqraf.com xəbər verir ki, bunu Nikol Paşinyan İctimai TV-yə müsahibəsində deyib.
Paşinyan həmçinin qeyd edib ki, Qarabağ məsələsinin müzakirəsində əsas benefisiar Qarabağ xalqının özü olmalıdır, seçdikləri liderlər vasitəsilə: "Biz əldə olunmuş razılaşmalardan əl çəkmirik. Yaxın günlərdə xarici işlər nazirimiz azərbaycanlı həmkarı ilə görüş keçirəcək. Əvvəllər qeyd etdiyimiz kimi, sazişin mətninin hazırlanması üzrə danışıqlara başlanılmalıdır”, - Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, bu gün danışıqlar masasında heç bir sənəd yoxdur:
"Müəyyən bir mətnin olması arzuolunan olardı. Bu, o demək olardı ki, iş irəliləyib".