26 Oktyabr 2022 15:58
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyəti KTMT-dən çıxmaq məsələsini müzakirə etmir”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Spiker jurnalistin Azərbaycanla son sərhəd toqquşmasına açıq mövqe bildirməsə, Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağı sualına belə cavab verib:

“Ermənistan KTMT-nin reaksiyasını gözləyir və reaksiya ən azı indiki mərhələdə siyasi olmalıdır. Gələcəkdə KTMT-nin bölgədən çəkilmək qərarına gəldiyi məlum olarsa, faktla üzləşə bilərik. Amma Ermənistan hökuməti bu gün belə bir sualı müzakirə etmir. Fəaliyyət gözləyirik, reaksiya gözləyirik”.

Ermənistan rəhbərliyinin nə qədər gözləyəcəyi soruşulduqda, Simonyan cavab verib ki, vəziyyət çox az vaxtın qaldığını göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər