Ermənistan Baş naziri Nikol Paşinyan İsveçrənin keçmiş prezidenti Mişlin Kalmi-Rehini qəbul edib.
Teleqraf.com xəbər verir ki, həmsöhbətlər Cənubi Qafqazda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə Ermənistan-Azərbaycan, o cümlədən Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması ilə bağlı müzakirə olub.
Paşinyan regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımların atıldığını vurğulayıb.