8 Dekabr 2022 19:11
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla İrəvanda görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlik təminatı müzakirə olunub.

Paşinyan və Klaar regionda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistanın sərhəd delimitasiyası və yolların açılmasını müzakirə edib.

Görüşdə Aİ-nin Ermənistandakı mülki missiyasının fəaliyyətinə də toxunulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər