Bu gün Ermənistan Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi 3-cü ordu korpusunun keçmiş komandanı, general Qriqori Xaçaturovun həbsi ilə bağlı vəsatətə baxacaq.
Teleqraf.com xəbər verir ki, Xaçaturov dünən axşam saatlarında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən saxlanılıb.
İttiham sabiq müdafiə naziri Seyran Ohanyanın işi ilə bağlıdır. Xaçaturov da Ohanyan kimi vəzifədə olarkən hərbi əmlakları mənimsəmədə, "çirkli pulların yuyulması"nda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.
Generalın həbs ediləcəyi istisna deyil.