23 Noyabr 2023 11:11
14 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan yeni seçkilərə gedəcəyi təqdirdə növbəti dəfə qalib gələcəyinə əmindir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Siyasi dairələr fəal şəkildə gələn il növbədənkənar parlament seçkilərinin keçirilməsindən danışırlar. Mövzunu hökumət gündəmə gətirib.

Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin son iclaslarının birində növbəti dəfə hədələyib ki, yeni seçkilər keçirmək və yenidən seçilmək, parlamentin hazırkı imicini tamamilə dəyişmək, parlamentdə tamamilə yeni müxalifət formalaşdırmaq üçün lazımi işləri görəcəklər.

Siyasi çevrələrdə Paşinyanın belə bir addım atıb yenidən seçkilərə gedəcəyini, bu dəfə də seçilmək üçün yenidən inzibati resurslardan istifadə edə biləcəyini istisna etmirlər. Bunda məqsəd həm də siyasi meydanı çaşdırmaq və yeni müxalifət qüvvəsinin yetişməsinə mane olmaqdır”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər