27 Dekabr 2023 19:28
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın eks-prezidenti Robert Koçaryana qarşı cinayət işinə xitam verilib.

Teleqraf.com xəbər verir ki, bu qərarı Anna Danibekyanın sədrlik etdiyi ümumi yurisdiksiya məhkəməsi qəbul edib.

Prokuror qeyd edib ki, bu iş üzrə iddia müddəti may ayında başa çatsa da, dekabrın 26-da ikinci prezidentin vəkilləri cinayət işinə xitam verməyə razılaşıblar.

Xatırladaq ki, Robert Koçaryan və baş nazirin keçmiş müavini Armen Gevorkyan eyni cinayət işi üzrə təqsirləndirilir. İkinci prezident iş adamı Silva Ambartsumyandan külli miqdarda rüşvət (3 milyon dollar) almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər