23 Yanvar 10:26
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanın təkbətək görüş təklifini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

Paşinyan Avrasiya İqtisadi Birliyi Şurası və MDB-nin sammitlərində iştirak etmək üçün ötən ilin dekabrında Sankt-Peterburqa gedib.

Hələ dekabrın 25-də Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, Putin və Paşinyan bu tədbirlər çərçivəsində ünsiyyət qurmaq üçün əla fürsət əldə edəcək. Amma sonradan Paşinyanla Putin arasında ikitərəfli görüşün olub-olmadığı barədə məlumat verilməyib.

“Joqovurd” Putinin Paşinyanla görüşdən imtina etməsi ilə bağlı iddianı dəqiqləşdirmək üçün Ermənistan baş nazirinin sözçüsü Nazeli Baqdasaryana müraciət edib.

Putinin Paşinyanın təkbətək görüş təklifini rədd etməsi barədə suala Baqdasaryan qısa cavab verib: “Əlavə edəcək heç nəyim yoxdur”.

“Əlbəttə, baş nazirin mətbuat katibinin məlumatlılıq səviyyəsini yox, iki ölkə liderinin təkbətək görüşü barədə öyrənməyə çalışdıq. Amma heç nə alınmadı. Xatırladaq ki, MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında qeyri-rəsmi görüş olub”, - nəşr vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər