"Fransa silahlarının Ermənistana daxil olacağına çox şübhə edirəm. Məncə, o silahlar Ukraynaya gedəcək".
Teleqraf.com xəbər verir ki, bu barədə erməni hərbi ekspert Hayk Nahapetyan bildirib.
Onun sözlərinə görə, müqavilələr sadəcə kağız üzərindədir: "İndi o silahlar haradadır, buraxsınlar. Gətirəndə desinlər ki, bölmələr onları alıb. O silahları kim təmir edəcək? O silahlarla 44 günlük müharibədəki şiddətlə bir gün döyüşmək kifayətdirmi? Müdafiə naziri bu suallara cavab versin".
Ekspert bu gün Yeqvard yaxınlığında Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğramasına da münasibət bildirib: “İnsanlar cahildir, təhsili yoxdur, iş təcrübəsi yoxdur, diletant, təkəbbürlü, iddialı və özünü haqlı hesab edən insanlardır. Bu, təkcə bu sahədə deyil. Bu adamlar Ermənistanda ölüm mələyinin sözçüləridir. Müdafiə nazirinin ordu və hərbi işlərlə, səhiyyə nazirinin səhiyyə ilə heç bir əlaqəsi yoxdur, kadr siyasəti isə Paşinyanın ürəyinə yaxın olmaq prinsipi ilə aparılır. Tankçını artilleriya komandiri, yaxud hava desant bölməsinin komandiri təyin edirlər".