Ermənistanda güclü zəlzələ xəbərdarlığı edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Seysmik Risklərin Qlobal Monitorinqi Mərkəzin direktoru Samvel Akopyan bildirib.
Onun sözlərinə görə, ən təhlükəli silkələnmələr Ermənistanın sərhəd zonasında baş verə bilər.
“Ermənistan və Türkiyədə baş verən zəlzələlərin ümumi aktivliyi Ərəb plitəsinin şimala nisbi hərəkəti ilə xarakterizə olunur. Ərəb plitəsinin hərəkətinin gərginliyini Cənubi Qafqaz zonası daşıyır ki, onun da təsiri Ermənistanın zəlzələyə meyilli zonalarına qədər uzanır. Hazırda Ermənistan-Gürcüstan sərhədində - Samtsxe-Cavaxetiya bölgəsi istiqamətində, şərqdə zəlzələ gərginliyi toplanır, burada zəlzələlər 6.5-6.6 bal və daha güclü ola bilər. Bir neçə ildən sonra gərginliyin şimal bölgələrinə çatması mümkündür”, - seysmoloq vurğulayıb.