17 İyun 2016 00:11
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda “Formula-1” üzrə Avropa Qran-prisinə start verilir.

Ölkəmizdə ilk dəfə keçiriləcək yarış məşhur pilotların avtoqraf sessiyası ilə başlayacaq.


Ardınca GP2 və “Formula-1” pilotları treklə tanış olacaqlar. Saat 15:00-da GP2 üzrə seçmə mərhələnin startı veriləcək. Günə Kris Braunun konserti ilə yekun vurulacaq.

İyunun 18-də GP2 pilotları birinci yürüşlərinə çıxacaqlar. Ardınca “Formula-1” üzrə seçmə mərhələ baş tutacaq. Bu dəfə gün Enrike İqlesiasın konserti ilə bitəcək.

Turnirin son günü - iyunun 19-da GP2 pilotları ikinci yürüşünü keçirəcəklər. Əsas yarışa - “Formula-1” Avropa Qran-prisi saat 17:00-da başlayacaq. Ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Farel Vilyamsın konserti nəzərdə tutulub.

Ölkəmizə “Mercedes”in heyətində Niko Rosberq, Luis Hamilton, “Ferrari”nin heyətində Kimi Raykkonenlə Sebastyan Fettel, “Uilliams”ın heyətində Felipe Massa ilə Valtteri Bottas, “Red Bull”un heyətində Daniel Rikkardo ilə Maks Ferstappen, “Force India”nın heyətində Serxio Pereslə Niko Hyulkenberq, “Renault”da Kevin Maqnussenlə Colion Palmer, “Toro Rosso” Daniil Kvyatla Karlos Sayns-ml., “Sauber”də Markus Erikssonla Felipe Nasr, “McLaren”də Fernando Alonso Censon Batton, MRT-da Rio Xaryanto Paskal Verlyayn və “Haas”da Romen Qrojanla Esteban Qutyerres qatılacaq.


Müəllif:

Oxşar xəbərlər