23 İyun 2014 09:31
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Arif Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Onun dəfni bu gün baş tutacaq.

Arif Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

1990-cı ildən 1992-ci ilədək Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib.

1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

İki övladı var.


Müəllif: