“Futbol çox inkişaf edib. Açıq-aydın görünür ki, yarışan komandaların ümumi səviyyəsi bir-birinə yaxındır. Mənim azərkeşlik etdiyim komanda Türkiyə yığmasıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı hazırda Fransada keçirilən futbol üzrə Avropa çempionatı haqqında danışarkən deyib
Bununla belə partiya sədri təəssüflə qeyd edib ki, həm oyunların hesablarına, həm də Türkiyə yığmasının nümayiş etdirdiyi oyuna görə, yalnız məyusluq hissi keçirir.
Arif Hacılı bildirib ki, futbol yarışlarını izləməkdə davam edir: “Təbii ki, yaxşı komandalar çoxdur. Ancaq mənim pronozum belədir ki, Avropa çempionatında yarışların qalibi olmağa ən real namizəd Almaniya yığmasıdır”.
Nemət