25 İyul 2016 13:00
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir həftədən sonra idmançıların qalan hissəsi Rio-de-Janeyroya yola salınacaq. Avqustun 2-də idmançılarımız ora çatacaq. Avqustun 3-də Olimpiya kəndində idmançıların salamlanması tədbiri keçiriləcək və Azərbaycanın bayrağı qaldırılacaq".

Teleqraf.com xəbər verir ki bunu gənclər və idman naziri Azad Rəhimov deyib. O qeyd edib ki, Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya və Paraolimpiya Oyunlarında Azərbaycan Olimpiya komandası böyük heyətlə - 56 nəfərlə təmsil olunacaq. Nazir qeyd edib ki, onları çoxlu medallarla gözləyirik: "Onlarla aramızda olan 8 saat fərq, fəsil fərqi - bunların hamısının təsiri var. Komandanın bir hissəsi ordadır, cüdocular gediblər artıq".

A.Rəhimov deyib ki, bu il oyunlarda 18 idman növü üzrə iştirak edirik. Onların 4-ü yenidir. Nazirin sözlərinə görə, paraolimpiyaçılar sentyabrda yola düşəcəklər: "İnanıram ki, paraolimpiyaçılarımız çox yüksək uğurla geri qayıdacaqlar. Olimpiya oyunlarında böyük tərkibdə komanda iştirak edir. Ona görə də Rio-de-Janeyroda komandamız xüsusi binada yerləşdiriləcək. Biz bildirmişik ki, həmin binanın tərtibatında bayrağımız və başqa rəmzlərimizin hamısı olmalıdır".

İlhamə


Müəllif:

Oxşar xəbərlər