Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri oktyabrın 10-da başa çatıb.
Prezident İlham Əliyevi Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri yola saldılar.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.