4 İyul 2014 13:53
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ermənistanla sərhədi açır.

Bu iddia ilə Türkiyənin "Taraf" qəzeti çıxış edib. Qəzetdə yer alan məlumata görə, baş nazir Rəcəb Tayyib Ərdoğan sentyabrda sərhəd qapısının açılması ilə bağlı təlimat verib.

Prezidentliyə namizədliyini açıqlayandan sonra baş nazir Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün ikinci addım atmağa qərar verib. Məlumata görə, Alican sərhəd qapısının açılması ilə həm də ABŞ Ermənistan münasibətlərinin normallaşdırılmasına hesablanıb.

Qəzetin yazdığına görə, ermənilən qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı bir sıra tədbirlər hazırlayırlar. AKP (hakim Ədalət və İnkişaf Partiyası) höküməti isə bu kampaniyanın təsirini azaltmaq üçün işlərə başlayıb. İlk addım olaraq baş nazir R.T.Ərdoğan bu ilin aprel ayında qondarma soyqırımın ildönümü ərəfəsində 1915-ci iləd baş verən hadisələr zamanı ölən ermənilərin nəvələrinə başsağlığı verib.

Sərhəd qapısına kimi olan 7 km-lik yol asfaltlanaraq hazır vəziyyətə gətirilib. Artıq buraxılış məntəqəsində gömrük cihazları, X Rayler sisteminin qurulması da tamamlanır. Rəsmi açılış tarixi hələ dəqiqiləşdirilməyib.

Alican sərhəd qapısı Dağlıq Qarabağ münaqişəsi başlayandan, Azərbaycan torpaqları işğal ediləndən sonra bağlanılıb. Türkiyənin rəsmi şəxsləri dəfələrlə sərhəd qapısının Azərbaycanın işğal altında olan torpaqları azad edilməyənə kimi açıqlmayacağı barədə bəyanatlar səsələndiriblər.

/ans.press/


Müəllif:

Oxşar xəbərlər