7 İyul 2014 16:06
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Regional Rəhbərliyinin (İKRR) lideri Məsud Bərzani ABŞ və Türkiyənin bölgədə müstəqil kürd dövlətinin qurulmasına qarşı çıxmayacağını bildirib.

İKRR lideri Məsud Bərzani Kürdüstan Respublikasının qurulması ilə bağlı növbəti açıqlamasını verib.

Almaniyanın “Die Welt” qəzetinə müsahibə verən Bərzani ABŞ və Türkiyənin kürd dövlətinin qurulmasına qarşı olmadığını bildirib və həmçinin aktiv dəstək və maneə də gözləmədiyini qeyd edib.

Bərzani “insanlar, sadəcə, könüllü olaraq birlikdə yaşaya bilərlər. Müstəqillik hər millətin ən təbii haqqıdır” deyə fikrini tamamlayıb.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər