8 İyul 2014 13:13
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan hökuməti qanunsuz tikililərlə bağlı tədbirlər görəcək”


Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, yaxın bir-iki ay ərzində bununla bağlı müvafiq qərarın qəbul edilməsi gözlənilir: “Hazırda biz bu məsələyə baxırıq. Qanunsuz tikililər ciddi problem olaraq qarşımızda dayanır”.

A.Şərifov qeyd edib ki, vətəndaşlar sürüşmə zonasında, yüksək gərginlikli elektrik xətlərinin altında və qaz kəmərlərinin yaxınlığında torpaq alıb, ev tikirlər: “Sonra bu problemlər meydana çıxır, təhlükəli vəziyyət yaranır. Belə hallar həm bölgələrdə, həm də Bakıda mövcuddur. Onu deyə bilərəm ki, biz bir neçə ay müddətində həm Bakıda, həm də bölgələrdə qanunsuz tikililərin inşasına qarşı daha ciddi tədbirlər görməyi düşünürük”.

Baş nazirin müavini tədbirlər planının nədən ibarət olacağını açıqlamayıb. O, əlavə edib ki, tədbirlər planı vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

/apa/


Müəllif: