Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Valeriy Gerasimovun ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordla 16 fevral Bakıda keçiriləcək görüşünü təsdiqləyib.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, Danford və Gerasimov Rusiya və ABŞ arasında hərbi əməkdaşlıq perspektivlərini və dünyanın böhranlı bölgələrində təhlükəsizlik sahəsində vəziyyəti müzakirə edəcəklər.