Ötən gün Qaradağ rayonu “Pirsaat” qəsəbəsi ərazisində dəniz sahilindən 1 mil aralı məsafədə tapılmış şəxsiyyəti naməlum kişi meyiti "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərdən biridir.
Bu barədə Teleqraf.com-a Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Onun sözlərinə görə, tapılan meyit 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşmüş Vidadi Qurbanova məxsusdur.
Qeyd edək ki, bir neçə dövlət qurumundan ibarət qərargahın yaydığı məlumata görə, tapılan meyitin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmadığını araşdırılır.
İlhamə ƏBÜLFƏT