Partlayıcı qurğunun işə düşməsi nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları xəsarət alıblar.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 28-də döyüş mövqeyində mühəndis işləri aparılarkən baş verib. Mühəndis işləri zamanı xəsarət alan müddətli hərbi qulluqçu Narek Qriqoryanın vəziyyəti çox ağır, Perç Qabrielyan və Erik Saakyanın vəziyyəti isə ağır kimi qiymətləndirilir.
Müxtəlif dərəcəli xəsarətlər alan müddətli hərbi qulluqçular Ermənistan Müdafiə Nazirliyinin xəstəxanasına yerləşdirilib.
Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı hərbi qulluğa səhlənkar yanaşma maddəsi ilə cinayət işi açıb.