“Gələcəkdə qəbul imtahanlarının daha da mürəkkəb olması imtahanda iştirak üçün ödənişlərin artırılmasına təsir göstərə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə abbaszadə deyib.
Onun sözlərinə görə, gələcəkdə qəbul imtahanları üçün ödənişin məbləği dəyişə bilər. “Bu daimi prosesdir və Tarif Şurası tərəfindən bu məsələ daim diqqətdə saxlanılacaq”.
DİM-in sədri qeyd edib ki, müəyyən şəxslər qəbul imtahanını bir növ oyuncağa çevirmişdilər və imtahanların ödənişli olması haqqında qərar məsuliyyətsizliyi aradan götürəcək.
İlhamə ƏBÜLFƏT