16 Mart 2017 16:31
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda dünyanın taleyini iki-üç böyük, güclü dövlət təyin edir. Digər ölkələr də sanki qoyun kimi onların göstərdikləri yol üzrə hərəkət etməlidirlər”.

Teleqraf.com xəbər verir ki, bunu V Qlobal Bakı Forumunda çıxış edən Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun xanımı Katerina Yuşşenko bildirib.

O qeyd edib ki, Ukrayna hal-hazırda müharibəyə cəlb olunub: “Bu gün ukraynalılar Avropa dəyərlərinə görə həlak olurlar. Son illərdə ukraynalılar Avropanın mövqeyindəın narazı qalıblar. Avropa Gürcüstanın işğal olunmasına da səssiz qaldı.

Avropa Budapeşt sazişi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Avropa bizi təcrid edir, biz bunu görürük. Bizim əsas problemimiz Rusiya ilə bağlıdır. Dağlıq Qarabağ, Dnestryanı, Gürcüstandakı problemlər və Donbas problemini də bunu nəticəsidir. Artıq Ukrayna kimi ölkələrdə baş verənlər Avropadakı seçkilərə də təsir edir”.

Katerina Yuşşenko əvvəlki ABŞ administrasiyasının fəaliyyətini də tənqid edib: “Cənab Obama bizə kifayət qədər dəstək vermədi. Onun adminstrasiyası kənarda dayanıb Avropanı qabağa vermişdi. Biz cənab Trampdan daha çox dəstək gözləyirilk.

Ancaq onun müşavirləri bildirirlər ki, onlar üçün əsas olan kapitalizm, yəhudi dəyərləri və millətçilikdir. Onlar sivilizasiyaların toqquşmasına inanırlar. Onlar islamı nasistlər və kommunistlərlə müqayisə etdilər”.

Yuşşenkonun xanımı Donald Tramp administrasiyasının Ukraynaya yardımı qadağan etməsi qərarını da tənqid edib: “Onlar müəyyəın təşkilatların işinin dayandırılmasında maraqlıdırlar. Halbuki bu xarici yardım sülhün bərqərasr olmasına həsr olunurdu. Bu, Ukraynanı narahat edir.

Bu gün Rusiya “parçala və hökm sür” siyasətini uğurla həyata keçirir. Eyni sözləri ABŞ haqqında da demək olar. Amerika Avropaya vahid məkan kimi baxmır. Ayrı-ayrı ölkələrə müxtəlif cür yanaşması var”.

Katerina Yuşşenko daha sonra deyib: “Biz qloballaşmanı dəyişə bilmərik, amma biz qloballaşma ilə məşğul olmağın daha yaxşı yollarını tapmalıyıq. Çox vacibdir ki, Avropa yeni bir liderlik nümayiş etdirsin”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər