Sabiq təhsil naziri, istiqlalçı deputat Firudin Cəlilov artıq Türkiyənin Bayandır Xəstəxanasında müayinəyə başlayıb.
Teleqraf.com-un məlumatına görə, hələlik sabiq nazir əməliyyat olunmayıb. Qeyd edək ki, istiqlalçı deputat Ankarada müayinə olunur.
F.Cəlilov 1995-ci ildən damar tıxanıqlığı xəstəliyindən əziyyət çəkir və indiyədək 3 dəfə əməliyyat olunub. Qeyd edək ki, professorun müalicəsi ilə bağlı deputatlar ölkə başçısına müraciət etmişdi. Dövlət F.Cəlilovun müalicəsini öz üzərinə götürüb.
Cavidan