İraqda terror təşkilatı İraq Şam İslam Dövlətinin (IŞİD) özünü "xəlifə" elan edən lideri Əbu Bəkir Bağdadinin ailəsi ilə bağlı görüntülər və ilginc məlumatlar yayılıb.
Teleqraf.com-un xəbərinə görə, IŞİD-in iyunun 9-da Mosulu ələ keçirməsindən sonra ilk dəfə keçən həftə Mosulda bir məsciddə cümə xütbəsi verərkən görüntülənən Bağdadinin həyat yoldaşı və uşaqlarına aid olduğu iddia edilən görüntülər üzə çıxarılıb. Bağdadinin həyat yoldaşı Soca Hemid Diləmə və uşaqlarıyla əlaqədar ən təəccüblü iddia isə onların Suriyada girov saxlanılan 12 rahibəyə qarşılıq olaraq buraxlanlar arasında olmalarıdır.
Suriyanın paytaxtı Dəməşqin Malula bölgəsində qaçırılan 12 rahibə Suriya həbsxanalarındakı 150-dən çox qadın məhbus qarşılığında martın 10-da sərbəst buraxılıb. Onlar Livan və Qatar təhlükəsizlik heyəti tərəfindən Suriya-Livan sərhədində təslim alınmışdı. Rahibələr Suriya Dövlət Başçısı Bəşər Əsəd rejiminə qarşı döyüşən radikal qruplar tərəfindən keçən il dekabrda qaçırılmışdı. Bağdadinin həyat yoldaşıyla əlaqədar mübadilə iddiası, onu qaçıran təşkilatın IŞİD-lə əlaqəsi iddialarını da gücləndirir. Bütün bu iddialar Livanın LBC telekanalının xəbərində yer alıb.
Xəbərə görə, 12 rahibəyə qarşılıq sərbəst buraxılan məhbuslar arasında Bağdadinin həyat yoldaşı, uşaqları və bacısı daolub. Görüntülərlə bərabər Bağdadinin həyat yoldaşı Dileməyə aid olduğu bildirilən, lakin videodaki görünütülərə bənzərliyi şübhə oyadan bir fotoşəkil də yayılıb.
Nihad