İngiltərə baş nazirinin iqamətgahı qarşısından canlı yayım zamanı maraqlı hadisə baş verib.
İngiltərənin "SKY News" TV-nin məşhur siyasət müxbiri Adam Boulton danışarkən bilmədən milçək udub.
İngiltərə baş naziri David Kameronun iqamətgahı qarşında baş verən hadisə zamanı müxbir çətin anlar yaşayıb. Milçəyin boğazına getdiyini hiss edən Boulton nəfəs almaqda və danışmaqda çətinlik çəkib.
Vəziyyəti fərq edən studiyadakı aparıcı isə Boultondan bir stəkan suya ehtiyacı olub olmadığını soruşub. Müxbir isə bu suala cavabında "Xeyr. Milçək uddum, amma yaxşıyam", - deyib.
/ans press/