5 İyul 2017 17:46
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Aydın Mirzəzadə sosial şəbəkədə Ermənistan Prezidenti Serj Sərkisyanın nəvəsi ilə şəklini, eləcə də dünən ermənilərin qətlə Füzuli rayonunun Alxanlı kəndində qətlə yetirdikləri 2 yaşlı Zəhranın fotosunu paylaşaraq, status yazıb.

Teleqraf.com-un xəbərinə görə, Aydın Mirzəzadə bildirib: “Birinci foto Xocalı soyqırımının təşkilatıcısı və iştirakçısı, hal-hazırda Ermənistan respublikasının prezidenti və silahlı qüvvələrinin ali baş komandanı Serj Sərksyanın nəvəsi ilə şəklidir.

O nəvəsini çox sevir.

İkinci şəkil isə Xocalı soyqırımın təşkilatçısı və iştirakçısı, ha-hazırda Ermənistan respublikasının prezidenti və silahlı qüvvələrinin ali baş komandanı Serj Sərkisyanın tapşırığı ilə 4 iyul 2017-ci il tarixində öldürülmüş Azərbaycanın Fizuli rayonunun Alıxanlı kənd sakni iki yaşlı Zəhra Quliyevın şəklidir.

Ermənistan prezidenti ancaq öz nəvəsini sevir. Azərbaycanlı uşaqlar isə onun düşmənləridir”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər