20 İyul 2017 23:34
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərinin nəticələrini tanımayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavabında Dövlət Departamentindən bildiriblər.

"Münaqişənin hərtərəfli nizamlanmasında biz Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyənləşdirməkdə rolunu gəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır və biz iyulun 19-da keçirilən qondarma seçkilərin nəticələrini tanımırıq. Bu seçkilər Dağlıq Qarabağın hüquqi statusuna təsir etməyəcək. Biz həmçinin vurğulayırıq ki, qondarma seçkilər Dağlıq Qarabağın yekun statusu və Dağlıq Qarabağa davamlı və sülh həlli gətirəcək mövcud danışıqların nəticəsini müəyyənləşdirmir" , - Dövlət Departamentinin cavabında qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər