21 İyul 2014 18:30
3 975
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ümid edirəm ki,Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə din-dövlət münasibətlərinin inkişafına müsbət töhfə verəcək”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Məşədi Dadaş” məscidinin imam camaatı, “Mənəvi dünya” ictimai birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli Dövlət Komitəsinə sədr təyinatını şərh edərkən deyib.

Onun sözlərinə, YAP icra katibinin müavini tarixçidir, humanitar sahə üzrə mütəxəssisdir, vəzifəsinin öhdəsindən gələcək:

“Əvvəla, yeni vəzifəyə təyin olunmaslı münasibətilə Mübariz müəllimi təbrik etmək istəyirəm. Mübariz Qurbanlı cəmiyyətdə kifayət qədər tanınmış şəxsdir, ictimai-siyasi proseslərdən xəbərdar olan bir insandır. Onun təyinatı din-dövlət münasibətlərinin inkişafına müsbət töhfə verəcək”.

Ş.Həsənli qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dinlə bağlı dövlət siyasətini həyata keçirir, eyni zamanda dini qurunmlarla dövlət arasında bir körpü rolunu oynayır: “Yəni din-dövlət münasibətlərinin inkişafına xidmət edən qurumdur. Azərbaycanda dövlət siyasəti son dövrlərdə radiakallığa qarşı yönəlib. Azərbaycan dövləti bütün məzhəblərin bərabərhüquqlu inkişafını təmin edir, eyni zamanda qeyri-ənənəvi təriqətlərə, radikal cərəyanlara qarşı qətiyyətli mövqe tutur. Mən düşünürəm ki, bu siyasət bundan sonra da davam edəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həm dini icmaların hüquqlarının qorunmasını təmin edəcək, eyni zamanda da radikal cərəyanlara qarşı dövlət qurumları tərəfindən başladılmış mübarizəni davam etdirəcək”.

Nərgiz


Müəllif: