11 Avqust 2017 10:00
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Dünya Atletika Çempionatının qalibi, Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyevə təbrik teleqramı göndərib.

Teleqraf.com Türkiyə prezidentinin mətbuat mərkəzinə istinadla xəbər verir ki, Ərdoğan kişilər arasında 200 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanan Ramil Quliyevə göndərdiyi teleqramda təbriklərini çatdırıb.

Londonda keçirilən yarışda Ramil Quliyev 200 metr məsafəni rəqiblərindən tez qət edərək finişə 20.09 saniyəyə çatıb.


Müəllif: Nərgiz