25 İyul 2014 16:06
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilqəm Əsgərovun və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselovanın pasportlarının surətindən aydın olur ki, onlar Rusiya vətəndaşıdırlar

Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinə müraciətlər ediblər.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Komitəyə daxil olan məlumata görə, müraciətlərdə D. Əsgərovla Ş. Quliyevin girovluqdan azad olunması xahiş edilib.

Rusiya Federasiyasının vətəndaşları olan Dilqəm Əsgərovun və Albina Veselovanın pasportlarının surəti həmin müraciətlərə əlavə edilib.

Müraciətlərin mətni və pasportların surəti məlumata əlavə olunur.

Pasportların surətindən aydın olur ki, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Lakin Rusiyanın Azərbaycandakı səfirliyi D. Əsgərovun Rusiya vətəndaşı olmadığını bildirib.

Pasportların surətindən o da məlum olur ki, Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova da Rusiya Federasiyasının vətəndaşdır.

/APA/


Müəllif:

Oxşar xəbərlər